Bu il, 2-4 may tarixində Bakıda qurucusu Heydər Əliyev Fondunun vitse-prezidenti, Azərbaycan Yoqa Federasiyasının prezidenti xanım Leyla Əliyeva olan Nine Senses İncəsənət Mərkəzi tərəfindən təşkil olunan “Nine Senses Fest 2025 – İkinci Beynəlxalq Ruhani və Bədən Praktikaları Festivalı” keçiriləcək. Festivalın builki devizi “Ənənədən Gerçəyə” olaraq müəyyən edilib və müxtəlif ölkələrdən gələn təcrübəli praktikləri, sənətçiləri və məruzəçiləri bir araya gətirəcək.
Festival çərçivəsində Azərbaycan Tekstil Assosiasiyasının dəstəyi ilə yerli istehsalçılar üçün böyük əhəmiyyət kəsb edən yarmarka təşkil olunacaq. Bu yarmarka “Made in Azerbaijan” brendi altında fəaliyyət göstərən yerli şirkətlərə öz məhsullarını təqdim etmək və geniş auditoriyaya tanıtmaq üçün unikal platforma yaradacaq. Yarmarka Shoppingaz.az onlayn alış-veriş platforması tərəfindən təşkil olunur və 200-dən çox yerli brendi bir araya gətirəcək.
Yarmarkada iştirak etmək istəyən bütün tekstil istehsalçıları, moda markaları və məhsullarını dünya miqyasında daha geniş auditoriyaya təqdim etmək istəyən hər kəs bu fürsəti qaçırmamalıdır! Festivalda 1000-dən çox insan iştirak edəcək və bu, iştirakçılar üçün əvəzolunmaz bir tanıtım imkanları yaradır. Yarmarka Seabreeze-də keçiriləcək və iştirakçılar festival ziyarətçiləri ilə birbaşa ünsiyyət quraraq öz məhsullarını yerli və beynəlxalq ictimaiyyətə tanıdacaqlar.
Azərbaycan Tekstil Assosiasiyası olaraq, bu təşəbbüsü yüksək qiymətləndirir və üzv şirkətlərimizi fəal iştirak etməyə dəvət edirik. Yarmarka həm satış, həm də tanıtım baxımından istehsalçılar üçün dəyərli imkanlar təqdim edir.
İştirakçılar aşağıdakı əlaqə vasitələri ilə müraciət edə bilərlər: 📧 office@shoppingaz.az
+994 10 252 46 00
Festivalın biletləri artıq satışdadır. Ətraflı məlumat və tədbirin tam proqramı ilə bu keçid vasitəsilə tanış ola bilərsiniz: Nine Senses Fest 2025
Azərbaycan Tekstil Assosiasiyası olaraq, yerli istehsalın dəstəklənməsi və beynəlxalq platformalarda tanıdılması istiqamətində fəaliyyətimizi davam etdiririk.

