Azərbaycan Tekstil Assosiasiyası olaraq ölkəmizin tekstil sənayesinin inkişafını dəstəkləmək məqsədilə güclü tərəfdaşlarla əməkdaşlıq edirik. Bu tərəfdaşlar həm yerli bazarda, həm də beynəlxalq arenada tanınmış şirkətlərdir. Tərəfdaşlarımızın dəstəyi ilə üzvlərimizə daha geniş imkanlar və resurslar təqdim edir, eyni zamanda sənayemizin qlobal rəqabət qabiliyyətini artırmağa çalışırıq.
Prime Cotton Azərbaycanın qeyri-neft sektorunda 25 ildən çox təcrübəyə malikdir və ölkənin pambıqçılıqla məşğul olunan 20 rayonunda pambıq istehsalı və emalı ilə məşğul olur. Şirkət yüksək keyfiyyətli iplik, pambıq yağı və digər məhsullar istehsal edir. Hazır məhsullar əsasən Türkiyə, Avropa və MDB ölkələrinə ixrac olunur. Ən müasir texnologiyalarla təchiz edilən Prime Cotton şirkətə daxil olan Bakı Tekstil Filialı və Mingəçevir Tekstil Parkı ilə birgə ölkənin tekstil sektorunda mühüm mövqeyə malikdir.
Sumqayıt şəhərində yerləşən GiLTEX MMC Azərbaycanın tekstil sənayesində yeganə üfüqi inteqrasiya olunmuş müəssisədir. Burada iplikçilik, toxuculuq, boyama və tikiş fabrikləri fəaliyyət göstərir və yerli pambıq lifindən yüksək keyfiyyətli parçalar və geyimlər istehsal olunur. GiLTEX MMC gender bərabərliyi, iş yeri təhlükəsizliyi və ətraf mühitin qorunmasına böyük önəm verir. Pandemiya dövründə şirkət cəmiyyətimizə tibbi maskaların istehsalı ilə dəstək göstərmişdir.
Bu partnyorların dəstəyi ilə Azərbaycan Tekstil Assosiasiyası həm yerli, həm də beynəlxalq bazarlarda yüksək keyfiyyətli və dayanıqlı tekstil məhsullarının istehsalını təşviq edir.
GP Cotton Holdings Azərbaycanın ən böyük pambıq və tekstil istehsalçısıdır. Bu şirkətlər qrupu pambıq tədarük zəncirində pambığın yetişdirilməsi və yığılmasından tutmuş, müxtəlif çeşidli geyimlərin emalı və istehsalına qədər bütün mərhələləri əhatə edir. GP Cotton qrupa daxil olan GiLTEX və MKT vasitəsilə 5,000-dən çox insan üçün məşğulluq imkanı yaradır, həmçinin 10,000 fermer və aqronom komandası ilə sıx əməkdaşlıq edir. Birlikdə bu iki şirkət pambıqdan hazır məhsula kimi bütün istehsal prosesini həyata keçirdir. Bu yanaşma keyfiyyət və məhsuldarlığın tam nəzarət altında saxlanmasını təmin edir və GP Cotton Holdings-in dünya üzrə müştərilərinə yüksək keyfiyyətli məhsullar çatdırmasına imkan yaradır. GiLTEX köynək, dəsmal, forma və yataq dəstləri kimi hazır tekstil məhsullarının istehsalı üzrə ixtisaslaşıb. MKT kənd təsərrüfatı əməliyyatlarını nəzarət edir və fermerlər və aqronom komandası ilə sıx əməkdaşlıq edir.
Bakı Tikiş Evi (BTE) Azərbaycanın aparıcı müəssisələrindən biri olaraq, 80 ildən artıq tarixi ilə xüsusilə hərbi geyim istehsalında önəmli yer tutur. 1933-cü ildə təsis edilən bu fabrik, böyük tarixi dəyişikliklərə baxmayaraq fəaliyyətini davam etdirərək Azərbaycanın hərbi ehtiyaclarına uyğunlaşmışdır. İkinci Dünya Müharibəsi zamanı BTE üç növbəli istehsal rejiminə keçərək əsgərlərə forma təmin edib və bu xidmətlərinə görə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunub. Azərbaycanın müstəqilliyindən sonra BTE Almaniya və Yaponiyadan gətirilən müasir avadanlıqların tətbiqi ilə yüksək keyfiyyətli, NATO standartlarına uyğun hərbi geyim istehsal edən müasir müəssisəyə çevrilmişdir. Hazırda BTE, dövlət sifarişlərini icra etməklə yanaşı, məhsullarını Avropa, Çin və ABŞ kimi xarici bazarlara da ixrac edir. 700-dən çox əməkdaşı və çoxsaylı istehsal bölmələri ilə BTE, Azərbaycanın silahlı qüvvələrini və digər milli təhlükəsizlik qurumlarını çətin şəraitə uyğunlaşdırılmış davamlı, yüksək keyfiyyətli uniforma və avadanlıqlarla təmin etməkdə davam edir.
Müstəqilliyimizin ilk illərində, digər sənaye müəssisələri kimi, Gəncə Tekstil Zavodu (əvvəlki adıyla Toxuculuq Kombinatı) də eniş dövründən keçib. “Gəncə Tekstil” ASC 12 iyun 2004-cü ildə “Gəncə Toxuculuq” ASC adı ilə təsis edilib və 21 dekabr 2004-cü ildə “Gəncə Tekstil” ASC adını alıb. Qısa bir müddət ərzində inkişaf etmiş ölkələrdən müasir avadanlıqlar gətirilmiş və yeni ixtisaslı kadrların hazırlanmasına başlanılmışdır. 1926-cı ildə əsası qoyulmuş müəssisədə genişmiqyaslı bərpa və inkişaf işləri aparılıb. Sərt əməyin nəticəsi qısa müddətdə özünü göstərib. Zavod məhsullarını yerli xammaldan istifadə edərək, 90% yenilənmiş avadanlıqlarla istehsal edir. Fəaliyyət sahələri tekstil məhsullarının və higroskopik pambığın istehsalıdır. Məhsullar Azərbaycan pambığından hazırlanır. Zavodda altı istehsal emalatxanası fəaliyyət göstərir, burada pambıq əmələ gəlir və sonra toxuculuq bölməsində parça istehsalında istifadə olunur. Parça diqqətlə yuyulur, rulonlanır və sonra apteklərə satış üçün göndərilir.
Mingəçevir Tekstil, Qafqaz regionunun ən böyük iplik istehsalı müəssisəsidir. Burada istehsal olunan məhsullar yalnız daxili bazarın tələbatını qarşılamır, eyni zamanda xarici ölkələrə ixrac olunur və bu, şirkəti tekstil sahəsində beynəlxalq bir brendə çevirir. Bizim prinsiplərimiz iplikdə keyfiyyətin təmin edilməsi, təyinat yerinə vaxtında çatdırılma, müştəri tələblərinin qarşılanması və uzunmüddətli əməkdaşlığın qorunmasıdır. İstehsal prosesində Almaniya, Yaponiya, İsveçrə, Hindistan və İtaliya kimi ölkələrdən gətirilmiş yüksək texnologiyalı avadanlıqlardan istifadə olunur. Mingəçevir Tekstil MMC, beynəlxalq standartlara cavab verən məhsullar istehsal etməyi, müştərilərə vaxtında və qüsursuz məhsullar təqdim etməyi və yalnız keyfiyyətlə müştəri məmnuniyyətini qazanmağı hədəfləyir. Bu məqsədə çatmaq üçün sistemli idarəetmə və yeniliklər tətbiq olunur, istehsal prosesində qabaqcıl texnologiyalardan istifadə edilir və ən təcrübəli mütəxəssislər prosesə cəlb olunur.
Öz Tekstil 2002-ci ildən Bakı şəhərində fəaliyyət göstərir. Şirkətimiz əsasən uşaq geyimlərinin tikişi ilə məşğuldur. Müəssisəmiz, tikilən malları Azərbaycan daxilində ki şəhər və rayonlara satış edir.
Business Tex JV MMC Xankəndində yerləşən Azərbaycan-Özbəkistan birgə müəssisəsi – tekstil sahəsində ixtisaslaşmış dınamik şirkətdir. Fabrikin ümumi sahəsi 1,5 hektar, istehsal sahəsi isə 4000 m²-dir. Şirətin əsas məhsulu pambıq parçalardan hazırlanmış köynəklərdir. Fabrika fəaliyyətə başladığı ilk güdən ISO 9001:2015 standartına uyğun keyfiyyət idarəetmə sistemini tətbiq etmişdir. Müəssisədə Yaponiya istehsalı olan Juki tikiş maşınları, Türkiyənin Malkan markasına aid presləmə və ütüləmə avadanlıqları, eləcə də KANSAI tikiş maşınları quraşdırılmışdır. Fabrik istehsal prosesində dünya üzərə keyfiyyətli tekstil məhsulları ilə tanınan “UZTEX” Özbək şirkətinin parçalarından istifadə edir. Şirət yalnız OEKO-TEX STANDARD 100 standartına cavab verən, ekoloji cəhətdən təmiz və təhlukəsiz tekstil materiallarından yararlanır. Bu materiallar yüksək keyfiyyətlə boyanmış, sıx, higroskopik və hipoallergenikdir. Şirətin aparıcı işçiləri tekstil sənayesində 15 ildən artıq təcrübəyə malikdir. Şirətin iş prosesinə Özbəkistandan mütəxəssislər cəlb edilmişdir. Hazırda fabrik hər ay 30,000 ədəd futbolka istehsal edir və gələn il istehsal həcmini 3-5 milyon ədəd müxtəlif trikotaj məmulatlarına qədər artırmağı planlaşdırır. Şirət olaraq məhsulların yüksək keyfiyyətinə və vaxtında çatdırılmasına tam zəmanət verir.