Azərşəkər MMC olaraq 2017-ci ildə yeni iş imkanları yaratmaq və kənd təsərrüfatını canlandırmaq məqsədi ilə fəaliyyətə başlamışıq. Şirkət komandada işləməyi dəyərləndirir və dünyanın ən son kənd təsərrüfatı texnologiyalarını tətbiq etmək üçün bacarıqlarımızı davamlı olaraq inkişaf etdiririk. Korporativ sosial məsuliyyəti təşviq edərək, ölkəmizin kənd təsərrüfatı sektorunda nümunəvi dəyərlərə sahib bir şirkətik.