Azərbaycan Tekstil Assosiasiyası olaraq ölkəmizin tekstil sənayesinin inkişafını dəstəkləmək məqsədilə güclü tərəfdaşlarla əməkdaşlıq edirik. Bu tərəfdaşlar həm yerli bazarda, həm də beynəlxalq arenada tanınmış şirkətlərdir. Tərəfdaşlarımızın dəstəyi ilə üzvlərimizə daha geniş imkanlar və resurslar təqdim edir, eyni zamanda sənayemizin qlobal rəqabət qabiliyyətini artırmağa çalışırıq.
Alyans Tekstil MMC müasir standartlara cavab verən işçi və xüsusi geyimlərin (kombinezon, kostyum, gödəkçə və s.) istehsalı, işçi ayaqqabıları və fərdi qoruyucu vasitələrin (respirator, dəbilqə, eynək, əlcək, qulaqcıqlar və s.) satışı ilə məşğul olan şirkətdir. Məqsədimiz istehlakçını maksimum təhlükəsizliyi təmin edən keyfiyyətli məhsullarla təmin etməkdir. Beynəlxalq standartlara uyğun olaraq Yapon və Alman istehsalı olan müasir avadanlıqlardan istifadə edirik. Şirkətimizdə ISO 9001:2000 keyfiyyət idarəetmə sistemi tətbiq olunur. Peşəkar komandamız əməkdaşlarınız üçün lazımi iş geyimləri və fərdi mühafizə vasitələrinin seçimində sizə kömək edə bilər.
Azani Tekstil MMC 2000-ci ildən fəaliyyət göstərir. Müəssisədə uşaq, idman geyimləri və digər tekstil məhsulları istehsal olunur. Müəssisə qadınların məşğulluğunun təmin edilməsinə əhəmiyyətli töhfə verir. Burada çalışan 100-dən çox işçinin 90%-ə yaxını qadınlardır.
Azərşəkər MMC şirkəti olaraq yeni iş imkanları və canlandırılmış kənd təsərrüfatı üçün 2017-ci ildə yola çıxdıq. Şirkətimizdə komanda işinə dəyər verərək, daim inkişaf edən bacarığımızla dünyanın ən son kənd təsərrüfatı texnologiyalarını tətbiq edirik. Korporativ sosial məsuliyyəti təşviq edərək ölkəmizin kənd təsərrüfatı sektorunda örnək dəyərlərə malik bir şirkətik.
Az Textil MMC 2019-cu ildən tekstil sektorunda müştərilərinə fərdi yanaşma ilə üstün xidmət göstərir, müxtəlif xidmət və istehsal sahələri üçün uniformalar, promo geyimlər, fərdi sənaye sahələri üçün geyim növləri və s. istehsal edir. Hazır məhsullarımızın keyfiyyətli, komfortlu, müştərilərimiz üçün rahat olması bizim əsas prioritetimizdir.Komandamız geyimlərin modelləşməsi, dizaynı və tikilməsi proseslərində ən müasir geyim trendlərini izləyir, beynəlxalq təcrübə və metodları tətbiq edir, istehsal prosesində yüksək texnoloji avadanlıqlardan istifadə edir.
Bakı Əyrici Toxucu ASC öz ən-ənələrinə sadiq qalaraq respublikanın güc stukturlarını xüsusi təyinatlı geyimlərlə təhciz etməkdə davam edir . Qeyd etmək istəyirik ki, xüsusi təyinstlı geyimlər müəssisənin əsas aparıcı sahələrindən sayılır. Müasir dövrdə fabrik öz fəaliyyət sahələrini genişləndirərək geniş əhali təbəqəsi , yəni usaq, qadın və kişi üçün müxtəlif çeşidlərdə ,dəbə uyğun , müasir dizayn və texnologiya keyfiyyətlərinə malik alt və üst geyimləri ishehsal edir. Fabrikdə yerləşdirilən avadanləqlar İtaliya ,Türkiyə Yaponiya və Almaniya ishehsalı olan son texnologiya nailiyyətlərini uyğun istehsal gücünə malik dəzgahlardır. Fabrikin dizayner və mütəxəssislər qrupu mütamadi olaraq Türkiyə və Avropa ölkələrində treyninq və təkminləşdirmə kursları keçirlər, tekstil və trikotaj sahəsində yeniliklər istehsal olunan məhsullara tətbiq olunur.Fabrikdə bu günkü gün 160 nəfərə yaxın isçi çalışır.
Bakı Tekstil Fabriki (BTF) MMC 1939-cu ildən fəaliyyət göstərir. Həmin dövrdə bu fabrik bütün Qafqaz regionunda ilk tekstil fabriki olmuşdur. Bu gün Almaniya, İtaliya, Niderland, Yaponiya və Türkiyədən böyük həcmdə xammal və texnologiyalar alınaraq istehsalda tətbiq edilir, eyni zamanda, müasir təcrübəyə malik xarici mütəxəssislərlə əməkdaşlıq qurulur. Hazırda fabrikdə 5,000-dən çox çeşiddə trikotaj məhsulları, eləcə də xüsusi təyinatlı geyimlər beynəlxalq və Avropa standartlarına uyğun, yüksək keyfiyyətli və etibarlı materiallardan, təhlükəsiz iş şəraitində istehsal edilir. BTF-də istehsal olunan məhsullar dövlət qurumları və müəssisələr tərəfindən sifariş edilir, həmçinin xarici ölkələrə ixrac olunur. BTF daim yeniliklər tətbiq edir və iş proseslərini modernləşdirir. İstehsal olunan məhsullar: xüsusi təyinatlı geyimlər, promo geyimlər, məktəb formaları, tibb geyimləri, idman geyimləri, alt geyimlər, corablar və digər geyim məhsulları.
Bakı Tikiş Evi (BTE) MMC Azərbaycanın aparıcı müəssisələrindən biri olaraq, 80 ildən artıq tarixi ilə xüsusilə hərbi geyim istehsalında önəmli yer tutur. 1933-cü ildə təsis edilən bu fabrik, böyük tarixi dəyişikliklərə baxmayaraq fəaliyyətini davam etdirərək Azərbaycanın hərbi ehtiyaclarına uyğunlaşmışdır. Hazırda BTE, dövlət sifarişlərini icra etməklə yanaşı, məhsullarını Avropa, Çin və ABŞ kimi xarici bazarlara da ixrac edir. 700-dən çox əməkdaşı və çoxsaylı istehsal bölmələri ilə BTE, Azərbaycanın silahlı qüvvələrini və digər milli təhlükəsizlik qurumlarını çətin şəraitə uyğunlaşdırılmış davamlı, yüksək keyfiyyətli uniforma və avadanlıqlarla təmin etməkdə davam edir.
Baku Textile Company 24 oktyabr 2018-ci ildə geyim istehsalı sahəsində fəaliyyətə başlamış Məhdud Məsuliyyətli Cəmiyyətdir. Şirkətin əsas ixtisaslaşma sahəsi iş geyimlərinin istehsalıdır. Hazırda şirkət həm özəl, həm də dövlət sektorundakı bir çox müəssisə ilə əməkdaşlıq edir.
Business Tex JV MMC Xankəndində yerləşən Azərbaycan-Özbəkistan birgə müəssisəsi – tekstil sahəsində ixtisaslaşmış dınamik şirkətdir. Şirkətin əsas məhsulu pambıq parçalardan hazırlanmış köynəklərdir. Müəssisədə Yaponiya istehsalı olan Juki tikiş maşınları, Türkiyənin Malkan markasına aid presləmə və ütüləmə avadanlıqları, eləcə də KANSAI tikiş maşınları quraşdırılmışdır. Fabrik istehsal prosesində dünya üzərə keyfiyyətli tekstil məhsulları ilə tanınan “UZTEX” Özbək şirkətinin parçalarından istifadə edir. Şirkət yalnız OEKO-TEX STANDARD 100 standartına cavab verən, ekoloji cəhətdən təmiz və təhlukəsiz tekstil materiallarından yararlanır. Bu materiallar yüksək keyfiyyətlə boyanmış, sıx, higroskopik və hipoallergenikdirŞirkətin iş prosesinə Özbəkistandan mütəxəssislər cəlb edilmişdir eyni zamanda məhsulların yüksək keyfiyyətinə və vaxtında çatdırılmasına tam zəmanət verir.
Debet Safety MMC 1997-ci ildə təsis edilmiş fərdi mühafizə vasitələrinin, işçi paltarlarının və peşə geyimlərinin istehsalını və satışını həyata keçirir.Bizim fəaliyyətimiz, müştərilərə yüksək keyfiyyətli məhsullar və xidmətlər təqdim etməklə, onların istəklərini tam qarşılamaqla, müştəri məmnunluğunun tam təmin olunmasına yönəldilmişdir. Biz, uzunmüddətli işgüzar münasibətlər qurmaqla daima satış həcmini artırırmağa çalışırıq. Bizim başlıca məqsədimiz müştərilərə münasib qiymətlərlə yüksək keyfiyyətli və sertifikatlaşmış məhsullar təqdim edərək bazarda mövcud olan tendensiyalar və tələblərlə ayaqlaşmaqdır. Debet Safety öz fəaliyyətində tədricən, lakin davamlı inkişafı əsas götürmüşdür. Müasir texnalogiyalarla və yeni avadanlıqlarla təchiz olunmuş istehsalat sahəmiz, keyfiyyət və təhlükəsizlik sahəsində beynəlxalq standartların tələblərinə cavab verən məhsullar istehsal etməyə imkan verir. Debet Safety MMC hal-hazırda Azərbaycanda və Gürcüstanda fəaliyyət göstərir.
Öz Tekstil 2002-ci ildən Bakı şəhərində fəaliyyət göstərir. Şirkətimiz əsasən uşaq geyimlərinin tikişi ilə məşğuldur. Müəssisəmiz, tikilən malları Azərbaycan daxilində ki şəhər və rayonlara satış edir.
GiLTEX MMC Azərbaycanın tekstil sənayesində yeganə üfüqi inteqrasiya olunmuş müəssisədir. Burada iplikçilik, toxuculuq, boyama və tikiş fabrikləri fəaliyyət göstərir və yerli pambıq lifindən yüksək keyfiyyətli parçalar və geyimlər istehsal olunur. GiLTEX MMC gender bərabərliyi, iş yeri təhlükəsizliyi və ətraf mühitin qorunmasına böyük önəm verir. Pandemiya dövründə şirkət cəmiyyətimizə tibbi maskaların istehsalı ilə dəstək göstərmişdir. Bu partnyorların dəstəyi ilə Azərbaycan Tekstil Assosiasiyası həm yerli, həm də beynalxalq bazarlarda yüksək keyfiyyətli və dayanıqlı tekstil məhsullarının təşviq edir.
Gəncə Tekstil ASC 12 iyun 2004-cü ildə qısa bir müddət ərzində inkişaf etmiş ölkələrdən müasir avadanlıqlar gətirilmiş və yeni ixtisaslı kadrların hazırlanmasına başlanılmışdır. 1926-cı ildə əsası qoyulmuş müəssisədə genişmiqyaslı bərpa və inkişaf işləri aparılıb. Sərt əməyin nəticəsi qısa müddətdə özünü göstərib. Zavod məhsullarını yerli xammaldan istifadə edərək, 90% yenilənmiş avadanlıqlarla istehsal edir. Fəaliyyət sahələri tekstil məhsullarının və higroskopik pambığın istehsalıdır. Məhsullar Azərbaycan pambığından hazırlanır. Zavodda altı istehsal emalatxanası fəaliyyət göstərir, burada pambıq əmələ gəlir və sonra toxuculuq bölməsində parça istehsalında istifadə olunur. Parça diqqətlə yuyulur, rulonlanır və sonra apteklərə satış üçün göndərilir.
GP Cotton Holdings Azərbaycanın ən böyük pambıq və tekstil istehsalçısıdır. Bu şirkətlər qrupu pambıq tədarük zəncirində pambığın yetişdirilməsi və yığılmasından tutmuş, müxtəlif çeşidli geyimlərin emalı və istehsalına qədər bütün mərhələləri əhatə edir. GP Cotton qrupa daxil olan GiLTEX və Prime Cotton vasitəsilə 5,000-dən çox insan üçün məşğulluq imkanı yaradır, həmçinin 10,000 fermer və aqronom komandası ilə sıx əməkdaşlıq edir. Birlikdə bu iki şirkət pambıqdan hazır məhsula kimi bütün istehsal prosesini həyata keçirdir. Bu yanaşma keyfiyyət və məhsuldarlığın tam nəzarət altında saxlanmasını təmin edir və GP Cotton Holdings-in dünya üzrə müştərilərinə yüksək keyfiyyətli məhsullar çatdırmasına imkan yaradır. GiLTEX köynək, dəsmal, forma və yataq dəstləri kimi hazır tekstil məhsullarının istehsalı üzrə ixtisaslaşıb. Prime isə kənd təsərrüfatı əməliyyatlarını nəzarət edir və fermerlər və aqronom komandası ilə sıx əməkdaşlıq edir.
Kirpi Tekstil MMC xüsusi dizaynlı idman formaları və gündəlik geyimləri yüksək keyfiyyətli parçalar və ən son texnologiya ilə məhz sizin zövqünüzə uyğun istehsal edirik. 2018-ci ildə təsis olunmuş “Kirpi Tekstil” şirkəti sizə yüksək keyfiyyətli və ən tez bir zamanda əldə edə biləcəyiniz xüsusi dizaynlı Futbol, Basketbol, Voleybol və.s kimi kollektiv idman formaları, İdman dəstləri, Esport komandanız üçün formalar, Gimnastika kimi xüsusi dizayn tələb edən geyimlərin istehsalını vəd edir. Bununla yanaşı hoodie, t-shirt, sweatshirt, polo, kepka kimi Promo və Gündəlik geyimləri, kombinezon, xadimə dəsti, aşpaz dəsti, gödəkçə, kitel kimi işçi geyimləri sizin zövqünüzə uyğun topdan və ya pərakəndə əldə edə bilərsiniz. “Kirpi Tekstil” bunlardan əlavə sizə yüksək keyfiyyətli İdman aksesuarları, Fleks və DTF(Direct to Film) kimi çap xidmətləri təklif edir.
Mingəçevir Tekstil, Qafqaz regionunun ən böyük iplik istehsalı müəssisəsidir. Burada istehsal olunan məhsullar yalnız daxili bazarın tələbatını qarşılamır, eyni zamanda xarici ölkələrə ixrac olunur və bu, şirkəti tekstil sahəsində beynəlxalq bir brendə çevirir. Bizim prinsiplərimiz iplikdə keyfiyyətin təmin edilməsi, təyinat yerinə vaxtında çatdırılma, müştəri tələblərinin qarşılanması və uzunmüddətli əməkdaşlığın qorunmasıdır. İstehsal prosesində Almaniya, Yaponiya, İsveçrə, Hindistan və İtaliya kimi ölkələrdən gətirilmiş yüksək texnologiyalı avadanlıqlardan istifadə olunur. Mingəçevir Tekstil MMC, beynəlxalq standartlara cavab verən məhsullar istehsal etməyi, müştərilərə vaxtında və qüsursuz məhsullar təqdim etməyi və yalnız keyfiyyətlə müştəri məmnuniyyətini qazanmağı hədəfləyir. Bu məqsədə çatmaq üçün sistemli idarəetmə və yeniliklər tətbiq olunur, istehsal prosesində qabaqcıl texnologiyalardan istifadə edilir və ən təcrübəli mütəxəssislər prosesə cəlb olunur.
Prime Cotton MMC Azərbaycanın qeyri-neft sektorunda 25 ildən çox təcrübəyə malikdir və ölkənin pambıqçılıqla məşğul olunan 20 rayonunda pambıq istehsalı və emalı ilə məşğul olur. Şirkət yüksək keyfiyyətli iplik, pambıq yağı və digər məhsullar istehsal edir. Hazır məhsullar əsasən Türkiyə, Avropa və MDB ölkələrinə ixrac olunur. Ən müasir texnologiyalarla təchiz edilən Prime Cotton şirkətə daxil olan Bakı Tekstil Filialı və Mingəçevir Tekstil Parkı ilə birgə ölkənin tekstil sektorunda mühüm mövqeyə malikdir.