Haqqımızda

Qoşul. Dəstək al. İnkişaf et.

TARİXÇƏMİZ

İnnovasiya, Dayanıqlılıq və İnkişaf.

Azərbaycan Tekstil Assosiasiyası (ATA) 2018-ci ildə ölkənin tekstil sektorundakı maraqlı tərəflərə dəstək olaraq sektorun inkişafına təkan olmaq məqsədi ilə yaradılıb. Fəaliyyətinin ilk günündən etibarən ATA, pambıq və tekstil istehsalı ilə məşğul olan şirkətləri bir araya gətirməyə, yerli təcrübələri beynəlxalq standartlara uyğunlaşdırmağa və Azərbaycan tekstilinin ixrac potensialını artırmağa fokuslanıb. İllər ərzində ATA beynəlxalq təşkilatlarla əməkdaşlıqlar quraraq yeni texnologiyaların tətbiqi, peşəkar təlim proqramları və qlobal bazarlarda fəal iştirak vasitəsilə fəaliyyətini genişləndirib. Bu gün ATA, Azərbaycanın tekstil sektorunda fəaliyyət göstərən yeganə qeyri-kommersiya təşkilatı olaraq tekstil sənayesində innovasiya, dayanıqlılıq və inkişafa təşviq etməkdədir.

Missiya

Missiyamız vəkillik, təlim və əməkdaşlıq vasitəsilə tekstil sənayesini dəstəkləmək və təmsil etməkdir.

Vizyon

Bizim vizyonumuz, tekstil irsimizi, ənənəvi sənətkarlıq dəyərlərimizi qoruyaraq dayanıqlı və innovativ tekstil istehsalını təşviq edərək regionda lider mövqeyə çatmaqdır.

TƏŞƏBBÜSLƏR

Sənaye İnkişafı və KOB-lara Dəstək Üçün Təşəbbüslər

Azərbaycan Tekstil Assosiasiyası olaraq tekstil sənayesi iştirakçılarının maraqlarına uyğun siyasətləri müdafiə edir, davamlı təcrübələri təşviq edir və peşəkar kadrlara təhsil və təlim imkanları təqdim edirik. Kiçik və Orta Biznesləri (KOB) dəstəkləyərək, Azərbaycanın tekstil sənətkarlığını tanıtmaq və bu sahənin yerli və qlobal miqyasda inkişafını təmin etmək əsas hədəflərimizdəndir.