4 fevral 2025-ci il tarixində, Azərbaycan Tekstil Assosiasiyası (ATA) və üzvləri təşkilatın fəaliyyətini və 2025-ci il üçün planlarını təqdim etmək, tekstil sənayesinin aparıcı şirkətlərinin imkanları haqqında məlumat almaq və sənayenin inkişafı üçün fürsətləri dəyərləndirmək məqsədi ilə görüş keçirdib.
Tədbirdə “GiLTEX” MMC-nin Baş İcraçı Direktoru və Azərbaycan Tekstil Assosiasiyasının Sədri Kamran Aqasi, “Azpromo”-dan Baş İcraçı Direktor Yusif Abdullayevin rəhbərliyi ilə nümayəndə heyəti, GiLTEX və Prime Cotton şirkətlərinin Baş İcraçı direktorların Müşaviri və ATA İcraçı Direktoru Fəridə Axundova, GP Cotton Holdings-in Müşahidə Şurasının müşaviri Gülnarə Həsənova, “Prime Cotton” MMC-nin Baş İcraçı Direktoru Rövşən Mahmudov, GP Cotton Holdings-in Sədr Müavini Riçard Morqan, Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) nümayəndəsi Samir Həmidov, eləcə də təşkilatın üzvləri olan Bakı Tikiş Evi, BAT (Bakı Əyrici Toxucu), ÖzTekstil, Bakı Tekstil Fabriki, Kirpi textile, Aztextile, Alyans MMC, Debet Safety, Bakı Textile Company, Gəncə Textile, Azani Textile və MESHQUE şirkətlərinin rəhbər heyəti iştirak ediblər.
Fəridə Axundova iştirakçıları salamlayaraq, ATA-nın 2024-cü ildə həyata keçirdiyi fəaliyyətlər haqqında ətraflı məlumat verdi və 2025-ci il üçün planlarını təqdim etdi. O, assosiasiyanın əsas prioritetlərindən birinin yerli tekstil sənayesinin inkişafına dəstək olmaq və innovativ layihələri təşviq etmək olduğunu vurğuladı.
Tədbirdə tekstil sənayesinin dayanaqlı inkişafı, təlim proqramları, maliyyə imkanları və beynəlxalq tərəfdaşlıqla bağlı mühüm məsələlər də müzakirə edildi.
“Azpromo” nümayəndələri toplantı iştirakçılarını qurumun həyata keçirdiyi layihələr və iş adamları üçün yaradılan yeni imkanlar haqqında məlumatlandırdılar. Qurumun Baş İcraçı Direktoru Yusif Abdullayev öz çıxışında “Azpromo”nun Azərbaycan Tekstil Assosiasiyasına dəstək verməyə və yerli tekstil sənayesinin inkişafına töhfə verməyə hazır olduğunu vurğuladı.
Kamran Aqasi assosiasiyanın tekstil sənayesinin inkişafındakı və şirkətlərin ixrac potensialını artırmaqda oynadığı mühüm rolu qeyd etdi.
Rövşən Mahmudov, “Prime Cotton” MMC-nin CEO-su olaraq, tekstil sənayesinin tələbatlarına cavab vermək eləcə də, tekstil istehsalçılarına pambıq sahəsində elmi nailiyyətlər və imkanlar barədə məlumat vermək üçün assosiasiya ilə yaxın əməkdaşlıq etməkdə maraqlı olduqlarını vurğuladı.
EBRD-dən Samir Həmidov öz növbəsində təmsil etdiyi qurumun Azərbaycanın tekstil sektoruna dəstək verməyə hazır olduğunu bildirərək, bu dəstəyin kreditlər, bacarıq artırma və biznes inkişafı layihələri və sertifikatlaşdırma səhələrinə dəstək göstərilməsindən ibarət ola biləcəyini bildirdi.
Bu toplantı, ATA üzvlərinin biznes imkanlarını genişləndirməsi və yeni strateji təşəbbüslərin formalaşması baxımından vacib bir addım oldu.
![](https://textile.az/wp-content/uploads/2025/02/WhatsApp-Image-2025-02-05-at-13.49.47-2-1-1024x682.jpeg)
![](https://textile.az/wp-content/uploads/2025/02/WhatsApp-Image-2025-02-05-at-13.49.47-1024x682.jpeg)
![](https://textile.az/wp-content/uploads/2025/02/WhatsApp-Image-2025-02-05-at-13.49.47-1-1024x682.jpeg)
![](https://textile.az/wp-content/uploads/2025/02/WhatsApp-Image-2025-02-05-at-13.49.46-1024x682.jpeg)
![](https://textile.az/wp-content/uploads/2025/02/WhatsApp-Image-2025-02-05-at-13.49.46-1-1024x811.jpeg)
![](https://textile.az/wp-content/uploads/2025/02/WhatsApp-Image-2025-02-05-at-13.49.45-1024x682.jpeg)
![](https://textile.az/wp-content/uploads/2025/02/WhatsApp-Image-2025-02-05-at-13.49.45-3-1024x682.jpeg)
![](https://textile.az/wp-content/uploads/2025/02/WhatsApp-Image-2025-02-05-at-13.49.45-2-1024x682.jpeg)
![](https://textile.az/wp-content/uploads/2025/02/WhatsApp-Image-2025-02-05-at-13.49.45-1-1024x682.jpeg)
![](https://textile.az/wp-content/uploads/2025/02/WhatsApp-Image-2025-02-05-at-13.49.44-1024x682.jpeg)