2025-ci il 14–16 avqust tarixlərində Azərbaycan Tekstil Assosiasiyası üzvlərdən ibarət nümayəndə heyəti ilə birgə Çin Xalq Respublikasında keçirilən Shaoxing Keqiao China Textile City parça sərgisində iştirak edib.
Sərgi çərçivəsində nümayəndələr təqdim olunan tekstil məhsulları və innovativ həllərlə yaxından tanış olmuş, daha sonra keçirilən forumda Assosiasiya Azərbaycanın tekstil sənayesinə dair təqdimatla çıxış etmişdir. Tədbir müddətində Çin Tekstil Assosiasiyası və Qazaxıstan Tekstil Assosiasiyası ilə görüşlər keçirilmiş, əməkdaşlıq imkanları ətrafında müzakirələr aparılmışdır.
Eyni zamanda, Özbəkistan Tekstil Assosiasiyası ilə də ikitərəfli görüş təşkil olunaraq qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə edilmişdir. Sərgi çərçivəsində beynəlxalq tekstil şirkətləri ilə B2B formatında görüşlər keçirilib, birbaşa əlaqələr qurulub və gələcək əməkdaşlıqlar üçün zəruri kontaktlar əldə olunmuşdur.
Qeyd etmək lazımdır ki, GİLTEX MMC nümayəndələri də Azərbaycan nümayəndə heyətinin tərkibində sərgidə iştirak edərək texnologiya və məhsul təqdimatlarını izləyiblər.
Azərbaycan Tekstil Assosiasiyasının nümayəndə heyəti bu kimi beynəlxalq tədbirlərdə iştirakı ilə ölkəmizin tekstil sənayesinin inkişafı və beynəlxalq tərəfdaşlıqlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atır.




