“Dubay – Azərbaycan Tekstil Dəyirmi Masası” tədbiri keçirildi

“Dubay – Azərbaycan Tekstil Dəyirmi MasasıBakı, 19 sentyabr 2025-ci il – Azərbaycan Tekstil Assosiasiyasının (ATA) ofisində ATA və Dubay Ticarət Palatasının Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Dubay – Azərbaycan Tekstil Dəyirmi Masası” adlı tədbir baş tutub.
ədbirdə Dubay Ticarət Palatasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sənan Nəsibli “Dubayın qlobal bazarlara açılan qapı kimi rolu” mövzusunda çıxış edib. O, Dubayın beynəlxalq ticarətdə, xüsusilə də tekstil və hazır geyim sektorunda biznes tərəfdaşlıqları üçün geniş imkanlar yaratdığını vurğulayıb.
Dəyirmi masada Azərbaycan Tekstil Assosiasiyasının üzv şirkətlərindən GiLTEX, Azəripək, BTE, Atide, Prime Cotton və Alyans şirkətlərinin rəhbər heyəti iştirak edərək, Dubay bazarının verdiyi imkanlar, ixrac potensialı və qarşılıqlı əməkdaşlıq istiqamətləri barədə müzakirələr aparıblar.
Tədbir vasitəsilə Azərbaycan şirkətlərinin Dubayın ticarət mərkəzi kimi imkanları barədə məlumatlılığı artırılıb və davamlı dialoq üçün mühüm zəmin yaradılıb.

Bir cavab yazın